Xəzər Xəbər

Vladimir Putin Qızıl meydanda xokkey oynayıb

İdman | 09:07 • 26 Dekabr 2019
Vladimir Putin Qızıl meydanda xokkey oynayıb

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl meydanda yerləşən buz meydançasında xokkey oynayıb.


Xezerxeber.az TASS agentliyinə istinadla bildirir ki, Gecə Xokkey Liqası çərçivəsində keçirilən matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib.


Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib. Vladimir Putinin komandasında, həmçinin Müdafiə naziri Sergey Şoyqu, Rusiya xokkeyinin əfsanələri Pavel Bure, Valeri Kamenski, Sergey Fyodorov, Aleksey Kasatonov və başqaları forma geyiniblər.


Rəqib komandanın heyətində isə Tula qubernatoru Aleksey Dyumin, biznesmenlər Qennadiy Timçenko, Vladimir Potanin və Roman Rutenberq, həmçinin musiqiçi İqor Butman yer alıblar.

Xəbər lenti