Xəzər Xəbər

Kriştianu Ronaldo futbol tarixinin yığmasından kənarda qalıb

İdman | 09:54 • 25 Dekabr 2019
Kriştianu Ronaldo futbol tarixinin yığmasından kənarda qalıb

Futbol tarixinin rəmzi komandası açıqlanıb.


İspaniyanın "As” nəşri bütün dövrlərin "11-liy”ini müəyyənləşdirib.


Portuqaliya millisinin və İtaliya "Yuventus”unun ulduzu Kriştianu Ronaldo heyətdən kənarda qalıb. "Barselona”nın argentinalı forvardı Lionel Messi isə ön xətdə "Futbol kralı” Pele ilə tandem təşkil edib.


Qapıçı: Lev Yaşin (SSRİ);


Müdafiəçilər: Kafu (Braziliya), Bobbi Çarlton (İngiltərə), Frans Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya);


Yarımmüdafiəçilər: Yohan Kroyff (Niderland), Zinəddin Zidan (Fransa), Dieqo Maradona (Argentina), Alfredo di Stefano (Argentina/Kolumbiya/İspaniya);


Hücumçular: Pele (Braziliya), Lionel Messi (Argentina) 

(Apasport.az)

Xəbər lenti