Xəzər Xəbər

"Beşiktaş"da son 8 ilin ən pis göstəricisi

İdman | 18:17 • 24 Dekabr 2019
"Beşiktaş"da son 8 ilin ən pis göstəricisi

Türkiyənin "Beşiktaş” klubu meydana çıxdığı son dörd oyunun hamısında məğlub olub.

 Son olaraq İstanbul derbisində "Fənərbaxça”ya səfərdə 1:3 hesabıyla uduzan klub, daha əvvəl Avropa Liqasında "Vulverhempton”a (0:4), Türkiyə kubokunda "Ərzincanspor”a (0:2), çempionatda isə "Yeni Malatyaspor”a (0:2) məğlub olmuşdu.

Sözügedən komanda bununla da son 8 ilin ən pis göstəricisinə imza atıb. "Qara qartallar” sonuncu dəfə məhz 2010/11 mövsümündə ardıcıl dörd oyunda məğlubiyyət acısı yaşamışdı. "Beşiktaş” həmin mövsümün ikinci yarısında avrokubok çərçivəsində "Braqa” və "Atletiko”ya, Super Liqada isə "Trabzonspor” və "Qalatasaray”a məğlub olmuşdu.

Xəbər lenti