Xəzər Xəbər

Messi məşqçiləri nəyə məcbur edir? Mourinyo açıqladı

İdman | 17:02 • 24 Dekabr 2019
Messi məşqçiləri nəyə məcbur edir?

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Lionel Messini dünyanın ən yaxşı futbolçusu adlandırıb.

Portuqal mütəxəssis "Givemesport"a açıqlamasında Argentina millisinin və "Barselona"nın ulduz futbolçusunu "möcüzə" adlandırıb:

 "Messiyə qarşı "Çelsi", "Inter" və "Real Madrid"in məşqçisi kimi oynamışam. Hər birində də fərqli yanaşma və məqsədlərlə. Bəzən qalib gəlmək, bəzən məğlub olmamaq, hesabı dəyişmək və ya hesabı saxlamaq üçün. Komandanın oyununu şifrələmək, rəqibin necə əziyyət çəkməsini anlamağa çalışana qədər, Messini dayandırmaq üçün artıq gec olur.Messi möcüzədir və eyni zamanda dramatik birisidir. Qeyri-adidir. O, bizi düşünməyə, təhlil, analiz etməyə, qərar verməyə və bizi daha yaxşı məşqçi olmağa vadar edir. Qısaca, Messi bütün məşqçiləri inkişaf etdirir, o, ən yaxşıdır".

Xəbər lenti