Xəzər Xəbər

İqor Tudor Xorvatiyaya qayıtdı

İdman | 15:27 • 24 Dekabr 2019
İqor Tudor Xorvatiyaya qayıtdı

İtaliyanın "Udineze" klubundan ayrılan xorvatiyalı baş məşqçi İqor Tudor karyerasını ölkəsində davam etdirəcək.

41 yaşlı mütəxəssis "Hayduk" klubunun baş məşqçisi təyin edilib. Split təmsilçisi sabiq futbolçusu və çalışdırıcısı ilə 2,5 illik müqavilə imzalayıb.

Tudor daha öncə 2013-2015-ci illərdə "Hayduk"u çalışdırmışdı. Mütəxəssis PAOK, "Karabükspor", "Qalatasaray" və "Udineze" klublarının da baş məşqçisi olub.

Xəbər lenti