Xəzər Xəbər

İkardinin xanımı Lukakunu tənqid etdi

İdman | 14:42 • 24 Dekabr 2019
İkardinin xanımı Lukakunu tənqid etdi

PSJ-nin hücumçusu Mauro İkardinin xanımı və agenti Vanda Nara "İnter"in hücumçusu Romelu Lukakunu tənqid edib.

Argentinalı model belçikalı hücumçunun vacib oyunlarda komandaya fayda vermədiyini deyib:

"Lukakunun böyük oyunlarda da səhnəyə çıxdığını görmək gözəl olardı. Çempionlar Liqasında fərq yaratmadı və bu turniri TV-dən izləyəcək. "İnter"in sonuncu "9 nömrə"sinin 150 qolu var. İnsanlar fikirlərini tez dəyişir. ÇL-dən kənarda qalanda Lukakunu tənqid edirdilər, indi isə onu qəhrəman ediblər".

"İnter" yayda Mauro İkardini PSJ-yə icarə verib.

Xəbər lenti