Xəzər Xəbər

Balotellidən transfer açıqlaması

İdman | 14:37 • 24 Dekabr 2019
Balotellidən transfer açıqlaması

İtaliyanın "Breşiya" klubunda çıxış edən Mario Balotelli gələcəyi barədə danışıb.

"SkyItalia" xəbər verir ki, 29 yaşlı forvard komandadan ayrılmaq fikrində olmadığını deyib:

"Burada özümü yaxşı hiss edirəm. "Yuventus" kimi komanda olmasaq da, birlikdə yaxşı oyunlar göstərə bilərik. Mövsümün sonunu yaxşı bitirəcəyik. Prezident məni istəmədiyi müddətə qədər klubda qalacam".

Balotelli bu mövsüm A Seriyasında 12 oyuna 4 qol vurub. "Breşiya" 17 turdan sonra 14 xalla 20 komanda arasında 18-cidir.


Xəbər lenti