Xəzər Xəbər

“Trabzonspor” səfərdə minimal hesabla qalib gəlib

İdman | 09:17 • 24 Dekabr 2019
“Trabzonspor” səfərdə minimal hesabla qalib gəlib

Dekabrın 23-də Türkiyə Superliqasının XVI turunun son oyunlarında "Trabzonspor” səfərdə "Konyaspor”un qonağı olub.


Xezerxeber.az xəbər verir ki, oyunda yeganə qolu trabzonluların hücumçusu Aleksander Sorlot vurub.


Beləliklə, "Trabzonspor” səfərdə "Konyaspor” üzərində 0:1 hesabı ilə qələbə qazanıb.


Günün digər oyununda isə "Alanyaspor” səfərdə "Dənizlispor”u 1:5 hesabı ilə darmadağın edib.


Hazırda "Sivasspor” turnir cədvəlinə 34 xalla liderlik edir. "Başakşəhər" 30 xalla ikinci, "Trabzonspor” isə 29 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər lenti