Xəzər Xəbər

"Qalatasaray" Əmrə Moru göndərir

İdman | 16:31 • 23 Dekabr 2019
"Qalatasaray" Əmrə Moru göndərir

"Qalatasaray" İspaniyanın "Selta" klubundan icarəyə götürdüyü Əmrə Mordan narazıdır.

"NTV Spor" xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı vingeri geri qaytarmağı düşünür.

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da 16 oyunda qol və assistlə yadda qalmayıb. Klub rəhbərliyi gənc oyunçunun müqaviləsini ləğv edib, Viqo təmsilçisinə qaytarmaq fikrindədir.

"Qalatasaray" Əmrə Moru yayda 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü.

Xəbər lenti