Xəzər Xəbər

PSJ-nin Əmrə Can planı

İdman | 16:26 • 23 Dekabr 2019
PSJ-nin Əmrə Can planı

PSJ "Yuventus"un yarımmüdafiəçisi Əmrə Canı transfer etmək istəyir.

"Sky Italia" xəbər verir ki, Paris təmsilçisi Almaniya millisinin üzvünün keçidi üçün qarşı tərəfə Leandro Paredesi təklif edib. Əmrəbaş məş məşqçi Maurisio Sarri ilə olan münasibətinə görə Turin klubundan getməyi düşünür. "Qoca sinyora" parislilərin təklifinə müsbət yanaşıb.

PSJ Paredesi yayda "Zenit"dən 40 milyon avroya transfer etmişdi. 25 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Əmrə Can bu mövsüm cəmi 7 oyun keçirib.

Xəbər lenti