Xəzər Xəbər

Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

İdman | 13:23 • 23 Dekabr 2019
Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Afrika Futbol Konfederasiyası (CAF) ilin ən yaxşı futbolçusu adına namizədlərin artıq müəyyənləşdiyini açıqlayıb.


Xezerxeber.az xəbər verir ki, bunlar seneqallı Sadio Mane, misirli Məhəmməd Salah (hər ikisi "Liverpul”) və əlcəzairli Riyad Mahrezdir ("Mançester Siti”). Hər üç futbolçu hücumçudur.


Qalib yanvarın 7-də Misirin Xurqad şəhərində keçiriləcək mərasimdə elan ediləcək.


Xatırladaq ki, son iki ildə Afrikanın ən yaxşı futbolçusu adına Məhəmməd Salah layiq görülüb. Sadio Mane və Məhəmməd Salah 2018-2019-ci illər mövsümündə UEFA Çempionlar Liqasının, Riyad Mahrez isə İngiltərə Premyer Liqasının qalibi olublar.

Xəbər lenti