Xəzər Xəbər

“Çelsi” səfərdə “Tottenhem”i iki cavabsız qolla məğlub edib

İdman | 09:02 • 23 Dekabr 2019
“Çelsi” səfərdə “Tottenhem”i iki cavabsız qolla məğlub edib

Dekabrın 22-də İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti mərkəzi qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, Premyer Liqanın iki iddialı klubları "Tottemhem” öz meydanında "Çelsi” komandasını qəbul edib.


"Tottenhem Hotspur” stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Londonluların heyətində hər iki qolu braziliyalı Vilyam vurub.


Bu qələbədən sonra xal ehtiyatını 32-ə çatdıran "Çelsi” turnir cədvəlində dördüncü yerin qoruyub saxlayıb. "Tottenhem” isə 26 xalla 7-ci yerdə qərarlaşıb.

Xəbər lenti