Xəzər Xəbər

İspaniya La Liqasının 18-ci turuna yekun vurulub

İdman | 09:25 • 23 Dekabr 2019
İspaniya La Liqasının 18-ci turuna yekun vurulub

Dekabrın 23-də İspaniya La Liqasının 18-ci turuna yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun son oyununda "Real Madrid” öz meydanında "Atletik Bilbao” komandasını qəbul edib.


Qarışlıqlı hücumlarla bol olan görüşdə hesab açılmayıb.


Bu heç-heçədən sonra Madrid təmsilçisi 37 xal toplayaraq əzəli rəqibi "Barselona”dan 2 xal geri qalaraq ikinci pillədə, "Atletik Bilbao” isə 28 xalla 7-ci yerdə qərarlaşıb.

Xəbər lenti