Xəzər Xəbər

“Qalatasaray” səfərdə "Göztəpə"yə uduzub

İdman | 09:30 • 22 Dekabr 2019
“Qalatasaray” səfərdə "Göztəpə"yə uduzub

Türkiyə Superliqasının XVI turunda "Qalatasaray” səfərdə "Göztəpə”nin qonağı olub.


Xezerxeber.az xəbər verir ki, gərgin hücumlarla yadda qalan oyunun 9-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Kameron Jerome hesabı açıb. Matçın 27-ci dəqiqəsində "Göztəpə"nin müdafiəçisi Lamine Qassama topu öz qapısına göndərib. Lakin meydan sahibləri 61-ci dəqiqədə qələbə topunu vurmağı bacarıblar. Halil Akbunar komandasına üç xalı qazandıran qola imza atıb. Beləliklə, "Qalatasaray" səfərdə "Göztəpə"yə 2:1 hesabı ilə məğlub olub.


Günün digər oyunlarında "Kasımpaşa” öz meydanında "Qaziantep”ə 3:4 hesabı ilə uduzub. "Rizəspor” komandası isə "Yeni Malatyaspor”a 2:0 hesabı ilə qalib gəlib.


Turun digər oyunları dekabrın 22 və 23-də keçiriləcək.


Hazırda turnir cədvəlinə 33 xalla "Sivasspor” başçılıq edir. "Başakşəhər" və "Beşiktaş” 27 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Xəbər lenti