Xəzər Xəbər

Azərbaycan Kubokunda bütün yarımfinalçılar bilindi

İdman | 10:18 • 21 Dekabr 2019
Azərbaycan Kubokunda bütün yarımfinalçılar bilindi

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

XəzərXəbər-in məlumatına görə, 1/4 final mərhələsinin son cavab matçında "Keşlə" "Qarabağ"ı qəbul edib. "ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 20-ci dəqiqədə açılıb. Mahir Emreli komandasını önə keçirib. 40-cı dəqiqədə isə Xayme Romero "Keşlə"ni yenidən mərkəzə dəvət edib. 67-ci dəqiqədə Xəzər Mahmudov fərqi azalda bilib. 90+2 dəqiqədə Toral Bayramlı fərqi daha da artırıb.

İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" yarımfinala yüksəlib. Son ölkə çempionu bu mərhələdə "Sumqayıt"la üz-üzə gələcək.

Digər yarımfinalda isə "Zirə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Bu mərhələnin oyunları 22 - 29 aprel tarixində keçiriləcək.

Xəbər lenti