Xəzər Xəbər

WADA RUSADA-nın sanksiyalara etiraz etmək qərarını diqqətə alıb

İdman | 15:58 • 20 Dekabr 2019
WADA RUSADA-nın sanksiyalara etiraz etmək qərarını diqqətə alıb

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya Antidopinq Agentliyinin Müşahidə Şurasının qərarını diqqətə alıb. RUSADA üzvləri Rusiya idmanına münasibətdə sanksiyalara İdman Arbitraj Məhkəməsində (CAS) etiraz etməyə səs veriblər. 


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı WADA-nın mətbuat xidməti yayıb.


Dekabrın 19-da RUSADA-nın Müşahidə Şurası Rusiya idmanına münasibətdə sanksiyalar barədə WADA İcraiyyə Komitəsinin qərarı ilə razılaşmamağa səs verib. İndi RUSADA dekabrın 30-na qədər WADA-nın qərarına cavab verməlidir. WADA mübahisə barədə CAS-a rəsmi bildiriş göndərməlidir.


Mətbuat xidmətinin məlumatında deyilir: "WADA İcraiyyə Komitəsinin müvafiqlik komitəsinin tövsiyələrinə uyğun olaraq dekabrın 9-da yekdilliklə qəbul edilmiş qərara RUSADA-nın etiraz etmək qərarını diqqətə alıb. Həmçinin orada bizə qərara etiraz etmək prosedurunu və onun müddətini xatırladıblar. RUSADA-dan bildiriş gələndə, WADA bunu açıq elan edəcək”.


Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi dekabrın 9-da qurumun müvafiqlik komitəsinin Rusiya Antidopinq Agentliyinin (RUSADA) Dünya Antidopinq Kodeksinə müvafiqliyi statusundan məhrum edilməsi tövsiyəsini yekdilliklə qəbul edərək, Rusiyanı dörd il müddətinə dünya çempionatlarını qəbul etmək və onların keçirilməsi üçün müraciət etmək, Rusiya idmançılarını isə Olimpiadalarda və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edib.

Xəbər lenti