Xəzər Xəbər

“Barselona” rəhbərliyi Messinin atası ilə danışıqlar aparacaq

İdman | 14:32 • 20 Dekabr 2019
“Barselona” rəhbərliyi Messinin atası ilə danışıqlar aparacaq

"Barselona” klubunun rəhbərliyi Lionel Messinin nümayəndələri ilə görüşüb yeni müqavilənin şərtləri barədə razılıq əldə etmək istəyir.

"Mundo Deportivo” məlumat verir ki, yaxın günlərdə futbolçunun nümayəndəsi olan atası və klub rəhbərliyi danışıq masası ətrafına oturacaqlar.

Messinin hazırkımüqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub rəhbərliyi müqaviləni 2023-cü ilə qədər uzatmaq arzusundadır.

Xəbər lenti