Xəzər Xəbər

"Arsenal"da daha bir şok yaşanır

İdman | 14:05 • 20 Dekabr 2019
"Arsenal"da daha bir şok yaşanır

"Arsenal" klubunun kapitanı Pyer Emerik Obamenanq komandasından ayrıla bilər.

Bu barədə nüfuzlu "The İndependent" nəşri məlumat yayıb. 30 yaşlı futbolçunun özünün "topçular"ı tərk etmək istədiyi bildirilir. Buna səbəb kimi isə Mikel Artetanın "Arsenal"a gələcəyi təqdirdə onun xidmətində maraqlı olmayacağı faktoru göstərilir.

Qeyd edək ki, Obameyanq 2018-ci ildə Dortmund "Borussiya"sından "Arsenal"a transfer edilib. O, "topçular"ın heyətində çıxdığı son 65 oyunda 43 dəfə fərqlənib.

Xəbər lenti