Xəzər Xəbər

Mesut Özil Türkiyə klubunda?

İdman | 13:55 • 20 Dekabr 2019
Mesut Özil Türkiyə klubunda?

"Arsenal”dan ayılacağı deyilən Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər.


"Fotomac” xəbər verir ki, "Fənərbaxça" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İddiaya görə, "Arsenal" türk əsilli futboluçunu qış fasiləsində İstanbul təmsilçisinə icarəyə verəcək.


Bildirilir ki, "Fənərbaxça”nın idman direktoru Damyen Komolli "Arsenal”la danışıq aparmaq üçün Londona yollanıb. Keçidin yaxın günlərdə reallaşamaq ehtimalı var.


Qeyd edək ki, 2013-cü ilin yayından "Arsenal”da çıxış edən Mesut Özilin klubu ilə 30 iyun 2021-ci ilə qədər müqaviləsi var.


Fanat.Az

Xəbər lenti