Xəzər Xəbər

"Yuventus" Merih Dəmiralla bağlı qəti qərar verdi

İdman | 13:12 • 20 Dekabr 2019
"Yuventus" Merih Dəmiralla bağlı qəti qərar verdi

"Yuventus"da son 3 oyunda meydana start heyətində çıxan və matçdan sonra baş məşqçi Mauritsio Sarrinin tərifini qazanan Merih Dəmiralla bağlı qəti qərar verilib.


İtaliya mətbuatı xəbər verir ki, Turin klubu türk futbolçu üçün bu günə qədər gələn bütün transfer təkliflərini rədd edib.


Xəbərə görə, "Lester", "Arsenal”, "Atletiko" və "Milan” kimi klublar Merih üçün "Yuventus”un qapısını döysə də, razılaşma olmayıb.


Mauritsio Sarrinin Merihin performansını çox bəyəndiyi və satılmaması lazım olduğunu şəxsən bildirdiyi qeyd olunur.


Fanat.Az

Xəbər lenti