Xəzər Xəbər

"Qalatasaray" erməni futbolçuya göz dikdi

İdman | 14:44 • 19 Dekabr 2019
"Qalatasaray" erməni futbolçuya göz dikdi

"Qalatasaray" intizamsız davranışına görə əsas heyətdən qovduğu Stiven Nzonzini müqavilə ilə məxsus olduğu "Roma"ya qaytaracaq.

"Fotomaç"  xəbər verir ki, İstanbul klubu Nzonzini geri qaytarıb, xorvatiyalı hücumçu Nikola Kaliniçlə erməni yarımmüdafiəçi Henrix Mxitaryanı heyətinə qatmaq istəyir.

Kaliniç Madrid "Atletiko"suna, Mxitaryan isə "Arsenal"a məxsusdur. "Qalatasaray" Nzonzini vaxtından əvvəl "Roma"ya qaytardıqdan sonrabu iki futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçəcək.

31 yaşlı Kaliniç bu mövsüm 4 oyun keçirib. 30 yaşlı Mxitaryan isə 7 oyuna 3 qol vurub, 1 assist edib. Adlarıçəkilənfutbolçular "Roma"da əsas heyət üzvü hesab edilmir.

Xəbər lenti