"Çelsi"nin transfer siyahısı açıqlanıb.
"Telegraph" xəbər verir ki, London klubu Vilfrid Zaha ("Kristal Palas"), Leon Beyli ("Bayer", Almaniya), Timo Verner ("Leyptsiq", Almaniya), Samuel Çukvueze ("Vilyarreal", İspaniya), Mussa Dembele ("Lion", Fransa) və Natan Ake ("Bornmut", ingiltərə) kimi oyunçularla maraqlanır.
"Çelsi" rəhbərliyi qıştransfer pəncərəsi dövründə yeni futbolçuların alınmasına 150 milyon funt-sterlinq (177.5 milyon avro) xərcləmək niyyətindədi.
Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) FIFA-nın "Çelsi"yə tətbiq etdiyi transfer qadağasını ləğv edib.
Fanat.Az