Xəzər Xəbər

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

İdman | 15:25 • 16 Dekabr 2019
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cütlük təşkil edib.

Bu raundda qrup mərhələsinin qalibləri ikinci yer sahiblərini sınağa çəkəcək. Eyni ölkə və eyni qrupdan olan komandaların üz-üzə gələ bilmədiyi mərhələnin ilk oyunları fevralın 18-19, 25-26-da, cavab matçları martın 10-11, 17-18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final

"Borussiya” D (Almaniya) -PSJ (Fransa)
"Real” (İspaniya) -"Mançester Siti” (İngiltərə)
"Atalanta” (İtaliya) -"Valensiya” (İspaniya)
"Atletiko” (İspaniya) -"Liverpul” (İngiltərə)
"Çelsi” (İngiltərə) - "Bavariya” (Almaniya)
"Lion” (Fransa) -"Yuventus” (İtaliya)
"Tottenhem” (İngiltərə) -"Leypsiq” (Almaniya)
"Napoli” (İtaliya) - "Barselona” (İspaniya)

Xəbər lenti