Xəzər Xəbər

İbrahimoviç bəyəndiyi futbolçunu açıqladı

İdman | 16:36 • 15 Dekabr 2019
İbrahimoviç bəyəndiyi futbolçunu açıqladı

İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviç bəyəndiyi futbolçunu açıqlayıb.

38 yaşlı hücumçu PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin oyun stilini xoşladığını bildirib:

"Oynadığım vaxtlarda hər kəs oyun stilimi götürməyə çalışırdı. Çox fərqli oyun tərzim var idi. Bütün oyunları izləyirdim, ancaq indi çox baxmıram. Ancaq favorit oyunçum böyük ehtimalla, PSJ-nin gənc hücumçusu Kilian Mbappedir. Bu oğlan digərlərindən çox fərqlidir. BU gedişlə daha yaxşı hala gələcək. Fərq yarada bilən futbolçudur. Tövsiyəm budur ki, daha çox çalışsın. Hələ 19 yaşı var, amma ulduzdur. O, beynini yalnız futbol meydanı üçün saxlamalıdır, bu da bəzən çox çətindir".

Mbappe bu mövsüm PSJ-də 16 oyuna 13 qol vurub, 8 assist edib.

Xəbər lenti