Xəzər Xəbər

"Liverpul" yapon hücumçu alır

İdman | 14:33 • 13 Dekabr 2019
"Liverpul" yapon hücumçu alır
"Liverpul" Avstriyanın "Zaltsburq" klubundan Takumi Minaminonu heyətinə qatmağa hazırlaşır.

Britaniya mətbuatı xəbər verirki, Mersisayd təmsilçisi qış transfer pəncərəsində Yaponiya millisinin futbolçusu ilə müqavilə bağlayacaq. 24 yaşlı hücumçu üçün 8 milyon avro ödənəcək.

Minamino bu mövsüm Avstriya çempionatında iştirak etdiyi 15 oyunda 5 qol və 5 məhsuldar ötürmə edib.

Xəbər lenti