Xəzər Xəbər

Zinəddin Zidan: "Liverpul"la qarşılaşsaq, onları məhv edəcəyik"

İdman | 16:55 • 12 Dekabr 2019
Zinəddin Zidan: "Liverpul"la qarşılaşsaq, onları məhv edəcəyik"

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Brügge"yə qalib gələn (3:1) "Real"ın baş məşqçisi Zinəddin Zidan mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

Turnirin son qalibi "Liverpul"dan belə çəkinmədiklərini deyib:

"Həm komandamın oyunundan, həm də qələbədən razı qaldım. Oyunun əvvəlində bir qədər çətinliklə üzləşdik. Oyunçularıma özlərinə gəlməsi üçün 10-15 dəqiqə vaxt lazım oldu. İkinci hissəni isə yaxşı keçirdik.

Yoviçin məhsuldarlığı sizin yox, mənim problemimdi. O, öz üzərində işləməlidi. Yoviç hər dəfə meydana çıxanda nəyə qadir olduğunu göstərir. Düzdü, daha az oynadığından işi o qədər də asan olmur, amma özü də vəziyyəti başa düşür.

"Liveprul"la qarşılaşmaq istəməzdik? Niyə elə deyirsiz ki? "Liverpul”la üz-üzə gəlsək, bu komandanı məhv edəcəyik" (gülür).


Xəbər lenti