Xəzər Xəbər

"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərib

İdman | 09:57 • 10 Dekabr 2019
"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərib

Avropa Liqasında "Qarabağ"la eyni qrupda qərarlaşan APOEL baş məşqçisi Tomas Dollu istefaya göndərib.

Bu barədə məlumatı Nikosiya klubunun mətbuat xidməti yayıb.

Bir müddətdir rəhbərliklə yola getməyən almaniyalı mütəxəssis Kipr çempionatının 12-ci turunda "Olimpiakos"a məğlubiyyətin (0:2) ardından vəzifəsindən qovulub. Beləliklə, Dollun APOEL macərası cəmi 4 ay çəkib.

Qeyd edək ki, APOEL Avropa Liqasında "Qarabağ", "Sevilya" və "Düdelanj"la A qrupunda yer alıb. Kipr təmsilçisi sona 1 tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Xəbər lenti