"Arsenal" Qvardiolanın köməkçisi ilə danışıqlara başladı
İdman
|
16:31 • 9 Dekabr 2019
Unay Emeri ilə yolları ayıran "Arsenal"ın baş məşqçi postuna ilk namizəd müəyyənləşib.
London klubuhazırda "Mançester Siti"də baş məşqçi Pep Qvardiolanın köməkçisi olan Mikel Artetaya tapşırıla bilər. Artıq 37 yaşlı mütəxəssislə danışıqlara artıq start verilib. İspaniyalı məşqçi təklifi cavablandırmağa tələsmir.
Arteta 2011-2016-cı illərdə "Arsenal"ın formasını geyinib.