Uzun müddətdi uğursuz çıxışı ilə azarkeşlərini məyus edən "Milan"la bağlı yeni iddia ortaya atılıb.
İtaliyanın məşhur "La Respublica" qəzeti dünyanın ən varlı 3 şəxsindən biri hesab olunan Bernard Arnaultun A Seriyası təmsilçisini satın almaq istədiyini iddia edib.
Məlumata görə, fransalı mütəxəssis "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı və "Barselona"nın kapitanı Lionel Messini komandaya gətirmək niyyətindədi.
Qeyd edək ki, Bernard Arnaultun 102 milyard sərvəti var. O, Bill Geyts və Ceff Bozesdən sonra dünyanın ən varlı üçüncü şəxsidi.
Fanat.Az