Xəzər Xəbər

Türkiyə nəhəngi avroliqalarda iştirak etməyəcək? Prezidentdən açıqlama

İdman | 16:21 • 7 Dekabr 2019
Türkiyə nəhəngi avroliqalarda iştirak etməyəcək?

"Beşiktaş"ın prezidenti Əhməd Nur Çələbi azarkeşləri məyus edəcək açıqlama verib.

Klub rəhbəri "qara qartallar"ın Avroliqalara vəsiqə qazanacağı halda iştirak edə bilməyəcəklərini bildirib:

"Problemlər çox böyükdür. "Beşiktaş camiəsi yanımda olmasa, çökə bilərəm. Tədirgin olmamaq əldə deyil. Kassaya 1 qəpik də olsun daxil olmur. Avroliqalarda iştirak etməyə bilərik. Buna hazır olun. Hazırda federasiya bu maliyyə ilə transfer edə bilməyəcəyimizi deyir. Cenk Tosun və Talişka transferlərini unutmalıyıq. Köhnə idarə heyətindən hamı öz təzminatlarını alıb gedəndə şok olmuşduq. Hamı öz mənafeyini düşünərək qaçıb gedib"

Xəbər lenti