Xəzər Xəbər

Hazard "El Klassiko"nu buraxacaq

İdman | 13:22 • 6 Dekabr 2019
Hazard "El Klassiko"nu buraxacaq

"Real"ın futbolçusu Eden Hazardın durumuna aydınlıq gəlib.


Belçikalı ulduz ayağında mikro-qırıq olduğu müəyyənləşib. Bu səbəbdən 6-8 həftə meydana çıxa bilməyəcək yarımmüdafiəçi bir neçə oyunu, o cümlədən "Barselona" ilə "El Klassiko"nu buraxacaq.


Qeyd edək ki, "Barselona" - "Real" matçı dekabrın 18-də "Nou Kamp"da keçiriləcək.


"Real"ın bu yay "Çelsi"də 100 milyon avroya transfer etdiy futbolçu cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və cəmi 1 qol vurub.


Fanat.Az

Xəbər lenti