Xəzər Xəbər

"Qalatasaray"dan Qomis bombası

İdman | 11:58 • 5 Dekabr 2019
"Qalatasaray"dan Qomis bombası

Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubundan ayrılmağa hazırlaşan Bafetimbi Qomis "Qalatasaray"a dönür.


Türkiyə mediası xəbər verir ki, Fransa millisinin sabiq üzvü yanvarda İstanbul klubuna keçəcək.


İstirahət günlərində tez-tez Türkiyəyə gələn və "Qalatasaray"ın oyunlarını izləyən Qomis sosial media hesabından etdiyi paylaşmlarla da "sarı-qırmızılı" azarkeşlərin sevgisini qazanır. Bir neçə gün əvvəl Fatih Terimlə fotosunu paylaşan futbolçu "Atamla hekayəmi tamamlamaq üçün bir gün geri dönəcəm" yazmışdı.


İddiaya görə, meneceri vasitəsi ilə Fatih Terimə mesaj göndərək Qomis müsbət cavab alıb. Qışda Florin Andone ilə yolları ayırmaq istəyən "İmperator" hücum xəttində Radamel Falkao-Bafetimbi Qomis cütlüyünə güvənəcək.


Qeyd edək ki, Qomisi 2017-ci ilin yayında "Suonsi"dən 2,5 milyon avroya almışdı. Seneqal əsilli fransalı hücumçu 2017/18 mövsümündə İstanbul klubunun heyətində keçirdiyi 40 rəsmi oyunda 32 qol vurmuş və 6 məhsuldar ötürmə etmişdi. "Qalatasaray" 2018-ci ilin yayında 34 yaşlı forvard "Əl-Hilal"a 6 milyon avroya satmışdı.


Fanat.Az

Xəbər lenti