Xəzər Xəbər

Poçettino razıdır: Rəsmi təklif gözləyir - İddia

İdman | 14:39 • 4 Dekabr 2019
Poçettino razıdır:

"Tottenhem" klubundan ayrılan Maurizio Poçettino barədə yeni xəbərlər yayılıb.

Təcrübəli mütəxəssis "Mançester Yunayted"ə keçməyə yaxındır. Belə ki, 47 yaşlı argentinalı mütəxəssis rəsmi təklif gələcəyi təqdirdə "qırmızı şeytanlar"ın sükanı arxasına keçməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası klublarından hansısa biri onu baş məşqçi postuna gətirsə, "Tottenhem"ə 12 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olacaq.

Xəbər lenti