Xəzər Xəbər

Mourinyu Fernandeş məsələsinə nöqtə qoydu

İdman | 14:16 • 4 Dekabr 2019
Mourinyu Fernandeş məsələsinə nöqtə qoydu

"Tottenhem”in baş məşqçisi Joze Mourinyu "Sportinq”in xavbeki Brunu Fernandeşin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Ulduz mütəxəssis "Sport TV”yə açıqlamasında belə deyib: "Birmənalı şəkildə "yox”. Brunu Fernandeş səviyyə və transfer qiymətinə görə "Tottenhem”ə uyğun oyunçu deyil”.

Yayda Fernandeş "Tottenhem”ə keçməyə yaxın olmuşdu. O vaxt futbolçu özü tərəflərin razılığa gəldiyini, "Sportinq”in təklifi son anda geri çevirdiyini söyləmişdi.


Fanat.Az

Xəbər lenti