Xəzər Xəbər

Türk futbolçuya 67 milyonluq təklif

İdman | 13:32 • 4 Dekabr 2019
Türk futbolçuya 67 milyonluq təklif

Türkiyə millisinin üzvü Merih Demiral İngiltərə nəhənglərinin maraq dairəsinə düşüb.


"The Sun" xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" türk futbolçunu heyətinə qatmaq istəyir. İki klubun da Merih üçün 36 milyon avro (67,7 milyon manat) təklif etdiyi bildirilir.


Qeyd edək ki, "Yuventus" Demiralı yayda "Sassuolo"dan 18 milyon avroya alıb. Turin klubunun baş məşqçisi Mauritsio Sarri ona bu mövsüm cəmi bir rəsmi oyunda forma şansı verib. Buna baxmayaraq, 21 yaşlı mərkəz müdafiəçisi Türkiyə millisinin heyətindəki performansı ilə diqqətləri üzərinə çəkə bilib. O, hətta "AVRO-2020"nin seçmə mərhələsinin rəmzi komandasında da yer alıb.


Fanat.Az

Xəbər lenti