Xəzər Xəbər

“Mançester Yunayted” azarkeşlərinə pis xəbər

İdman | 10:40 • 4 Dekabr 2019
“Mançester Yunayted” azarkeşlərinə pis xəbər

"Mançester Yunayted”in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"lə oyunu buraxacaq.

Bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, zədədən bərpası davam edən 26 yaşlı yarımmüdafiəçinin hələ oynamağa hazır olmadığını deyib: "Ona bir az vaxt lazımdır. Çox çalışır. Məşqdə onun necə olacağına baxacağıq”.

Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" görüşü sabah keçiriləcək.

Xəbər lenti