Xəzər Xəbər

İbrahimoviç karyerasını İtaliyada davam etdirəcək

İdman | 15:51 • 3 Dekabr 2019
İbrahimoviç karyerasını İtaliyada davam etdirəcək

ABŞ-ın "Los-Anceles Qelaksi" klubundan ayrılan futbolçu Zlatan İbrahimoviç karyerasını İtaliya "Milan"ında davam etdirəcək.

"The Telegraph" xəbər verir ki, 38 yaşlı hücumçu yenidən "qırmızı-qara" formanı geyinəcək. Uzun müddət düşündükdən sonra isveçli forvard "rossonyerlər"ə qayıtmağa razılaşıb. Onun 2010 - 2012-ci illərdə çıxış etdiyi klubla müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

Daha əvvəl "Milan"ın İbrahimoviçin keçidini dekabrın 15-də açıqlamaq istədiyi barədə məlumat yayılıb.

Xəbər lenti