Xəzər Xəbər

Türkiyəyə getdi, heyətdən kənarlaşdırıldı

İdman | 13:36 • 3 Dekabr 2019
Türkiyəyə getdi, heyətdən kənarlaşdırıldı
"Brügge”nin "Qalatasaray”dan icarəyə götürdüyü Mbaye Dianye yenidən cəzalandırılıb. 


Belçika mətbuatı xəbər verir ki, seneqallı hücumçu "Brügge”nin B komandasına göndərilib. "Brügge”nin Çempionlar Liqasında "Qalatasaray”la oynadığı matç (1:1) ərəfəsində icazəsiz Türkiyəyə səyahət edən Dianye, əsas komandadan qovulub və bundan sonra ancaq fərdi məşqlər edə bilər. 

 

Bu onun ikinci qovulmasıdır. Bir müddət əvvəl ÇL-də PSJ-yə qarşı keçirdikləri oyundan sonra da əsas komandadan qovulmuşdu.


Belçika təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan 28 yaşlı hücumçu "Brügge” ilə 12 oyuna çıxıb və 4 qol vurub.

Xəbər lenti