Xəzər Xəbər

Rakitiç "Barsa"da qalır? ÖZÜ DEDİ

İdman | 12:53 • 3 Dekabr 2019
Rakitiç "Barsa"da qalır?

"Barselona”nın futbolçusu İvan Rakitiç Kataloniya klubundan gedəcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

İspaniya mətbuatı xəbər verir ki, xorvat yarımmüdafiəçi daha çox oynayacağı halda komandada qalmaq istədiyini deyib:

"Daim heyətdə olmaq istəyirəm. Oynaya bilsəm, mənim üçün "Barselona”dan daha yaxşı yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.

Qeyd edək ki, İvan Rakitiç 2014-ci ildən "Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən futbolçunun "İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.

Fanat.Az

Xəbər lenti