Xəzər Xəbər

Ronaldo ən yaxşı seçildi

İdman | 12:48 • 3 Dekabr 2019
Ronaldo ən yaxşı seçildi

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya çempionatının başa çatmış mövsümünün "ən yaxşı oyunçu"su seçilib.


"Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliyalı futbolçuya təqdim edilib.


Ronaldo ötən mövsümün 31 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 8 məhsuldar ötürmə edib.


"Yuventus"un hücumçusu dünən keçirilmiş "Qızıl top"un təqdimatı mərasimində də iştirak etməyib. Portuqaliyalı hücumçu mərasimdə üçüncü yeri tutub.


İtaliya mövsümünün ən yaxşı komandası turnir cədvəlində üçüncü yer tutmuş "Atalanta" seçilib. Komandanın baş məşqçisi "ən yaxşı məşqçi" mükafatına layiq görülüb.


Fanat.Az

Xəbər lenti