Xəzər Xəbər

İsveçrə millisinin baş məşqçisi Bakı haqda nə dedi?

İdman | 16:32 • 1 Dekabr 2019
İsveçrə millisinin baş məşqçisi Bakı haqda nə dedi?

İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç "AVRO-2020"nin final mərhələsinin püşkünü dəyərləndirib.


İtaliyanın favorit olduğunu söyləyən 56 yaşlı mütəxəssis digər 3 komandanın 2-ci yer uğrunda mübarizə aparacağını deyib.


Petkoviç Türkiyə və Uelslə oyunların Bakıda olmasına da münasibət bildirib:


"Püşkdən əvvəl də demişdim ki, Romada İtaliya ilə qarşılaşmaq istəyirik. İnanıram ki, bu, qarşılıqlıdır. Yeganə problem Bakı ilə olan məsafədir. Nəyi necə edəcəyimizi planlaşdırmalıyıq. İtaliya favoritdir. Digər iki yığma isə 2-ci yer uğrunda mübarizə aparacaq. İtalyanlar Avropa çempionu ola bilərlərmi? Bəli, namizədlər arasında onlar da var. Digər tərəfdən, evdə oynamaq üstünlükdür. Romada cəmi 1 oyun keçirəcəyik. Digər iki matçımız Bakıda olacaq".


A qrupunda İsveçrə və İtaliya seçmələri ilə yanaşı, Türkiyə və Uels yığmaları da yer alıb. Bu qrupun 3 oyunu - iyunun 13-də Uels - İsveçrə, 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda keçiriləcək.


Fanat.Az

Xəbər lenti