Xəzər Xəbər

AVRO-2020: Seçmə mərhələnin bombardirləri açıqlanıb

İdman | 10:28 • 20 Noyabr 2019
AVRO-2020: Seçmə mərhələnin bombardirləri açıqlanıb

AVRO-2020-nin başa çatan seçmə mərhələsinin bombardirlərinin siyahısı açıqlanıb.


Baş tutan 250 oyunda ümumilikdə 801 qol vurulub.


Orta məhsuldarlığın 3,2-yə bərabər olduğu yarışda Harri Keyn hamıdan çox qol vurub. İngiltərə millisinin futbolçusu 12 dəfə fərqlənib.


Seçmə mərhələnin bombardirləri

1. Harri Keyn (İngiltərə) - 12

2-3. Eran Zahavi (İsrail), Kriştianu Ronaldo (Portuqaliya) – 11

4-5. Teemu Pukki (Finlandiya), Aleksandar Mitroviç (Serbiya) – 10

6. Artyom Dzyuba (Rusiya) – 9

7-9. Rahim Sterlinq (İngiltərə), Serj Qnabri (Almaniya), Jorjinyo Viynaldum (Hollandiya) – 8

10-11. Romelu Lukaku (Belçika), Con Makqin (Şotlandiya) – 7.


Qeyd edək ki, Azərbaycan millisinin bombardirləri Mahir Emreli və Ramil Şeydayev hərəyə 2 qol vurub.

Xəbər lenti