Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxacaq.
XəzərXəbər xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının qonağı olacaq. Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Azərbaycan millisinin heyətində iki itki var. Hücumçu Rüfət Dadaşovla müdafiəçi Maksim Medvedev zədə üzündən hələ Uelslə oyundan əvvəl heyətdən çıxarılıblar. Əvəzində britaniyalıların 2:0 hesabı ilə qalib gəldikləri matçı buraxan Eddi İsrafilov komandaya qoşulub.
AVRO-2020
Seçmə mərhələ, E qrupu
19 noyabr
23:45. Slovakiya - Azərbaycan