Xəzər Xəbər

Malta–Norveç oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

İdman | 15:08 • 15 Noyabr 2019
Malta–Norveç oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

Futbol üzrə "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta–Norveç oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək.


Xezerxeber.az AFFA-ya istinadla xəbər verir ki, matçın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.


Matç noyabrın 18-də Ta Qalidəki Milli stadionda keçiriləcək.

Xəbər lenti