Xəzər Xəbər

Türkiyə millisinin "AVRO-2020" mümkün rəqibləri kimdir?

İdman | 14:37 • 15 Noyabr 2019
Türkiyə millisinin

Türkiyə millisi İslandiya ilə 0:0 hesablı heç-heçədən sonra "AVRO-2020"nin final mərhələsinə vəsiqəni təmin edib.


Bu heç-heçə sayəsində xalları 20-ə çatan türklərin ən yaxın izləyici İslandiya ilə arsındakı xal sayı 4-ə yüksəlib.Lider Fransa ilə arasında iki xal fərqi olan Türkiyə millisi qrupu ilk pillədə də başa vura bilər.


Türklərin "AVRO-2020"nin final mərhələsindəki rəqibləri isə 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatmada bəlli olacaq.

"AVRO-2020"nin final mərhələsinə vəsiqə qazanan Belçika, İtaliya, İspaniya, Rusiya, Polşa, Fransa, Ukrayna və İngiltərə milli komandaları Türkiyənin mümkün rəqibləridir.


Fanat.Az

Xəbər lenti