Xəzər Xəbər

"Qalatasaray"da şok itki: 12 həftə oynamayacaq

İdman | 16:46 • 11 Noyabr 2019
"Qalatasaray"da şok itki:

"Qalatasaray” daha bir futbolçusunu itirib.


Türkiyə mediası xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Florin Andone "Qaziantep"ə 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. 26 yaşlı rumın hücumçu minimum 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq.


Qeyd edək ki, "Qalatasaray"da Andonedən başqa Radamel Falkao, Emre Akbaba, Şener Özbayraklı və Yunes Belhanda zədəlidi.


Fanat.Az

Xəbər lenti