Xəzər Xəbər

Qvardiola namizəd göstərildi: Siyasətə daxil olur?

İdman | 12:25 • 22 Oktyabr 2019
Qvardiola namizəd göstərildi:

Katalon siyasətçisi Artur Mas "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Kataloniya hökumətinin seçkilərində iştirak etməsi təşəbbüsü ilə çıxış edib.

Qol.az-ın məlumatına görə, bu barədə o, "El Confidencial"a açıqlamasında deyib:

"Mənim başqa bir namizədim var. Onun siyasi təcrübəsi yoxdur. Bu, Pep Qvardioladır".

A.Masın fikrincə, 48 yaşlı mütəxəssis Kataloniya Jeneralitetinə (hökuməti) başçılıq edə bilər.

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləni uzatmaq istəmədiyi və "Barselona"ya qayıda biləcəyi iddia olunur. Onun ailəsi Kataloniyada yaşayır.

Xəbər lenti