Xəzər Xəbər

İtaliya millisi 81 illik rekordu yenilədi

İdman | 18:11 • 16 Oktyabr 2019
İtaliya millisi 81 illik rekordu yenilədi

İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində səfərdə Lixtenşteynə 5:0 hesabıyla qalib gəlməklə tarixi rekordunu yeniləyib.

Roberto Mançininin rəhbərlik etdiyi komandanın ardıcıl 9 qələbə qazanıb. İtaliya millisi sonuncu dəfə 81 il əvvəl - 1938-ci ildə Vittorio Potsonun rəhbərliyi altında bunu bacarmışdı.

İtaliya yığması seçmə mərhələdə yer aldığı J qrupunda 24 xalla liderdir və AÇ-yə vəsiqəni təmin edib.

Xəbər lenti