Xəzər Xəbər

Məsut Özilin yeni klubu açıqlandı

İdman | 17:12 • 16 Oktyabr 2019
Məsut Özilin yeni klubu açıqlandı

"Arsenal”da baş məşqçi Unay Emeri ilə münasibətləri korlanan və əsas heyətə düşə bilməyən Məsut Özil qış fasiləsində London klubunu tərk edəcək.

Türk əsilli futbolçu İtaliyaya yollanacaq. İki məşhur "İnter” və "Milan” futbol klubları onun transferində maraqlıdır.

Xüsusən "Yuventus” hegemonluğunu məhv etmək istəyən, "10 nömrə” axtarışında olan "İnter” Məsut Özili transfer etmək üçün daha çox çalışır və artıq danışıqlara start verilib.

Xəbər lenti