Xəzər Xəbər

“Barselona” Markus Reşfordu transfer etmək istəyir

İdman | 13:25 • 15 Oktyabr 2019
“Barselona” Markus Reşfordu transfer etmək istəyir

İngiltərə millisinin və "Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.


Xezerxeber.az-ın məlumatına görə, "Barselona” hücumçunu heyətinə qatmaq niyyətindədir.


Kataloniyalıların bu istəyinə 21 yaşlı hücumçunun məhsuldarlığı səbəb olub. 180 oyunda 48 qol vuran M.Reşford bu toplardan 8-ni İngiltərə yığmasında vurub.


"Barselona” hücumçunu Luis Suaresin əvəzləyicisi kimi görür. Lakin ingiltərəli Mançester təmsilçisi ilə yeni müqaviləyə bu ilin yayında imza atıb. Bu anlaşma 2023-cü ilin iyununa qədər nəzərdə tutulub.

Xəbər lenti